az

Azərbaycanda ilk uşaq idman zalı

Əylənməklə, fiziki, əqli və sosial olaraq daha güclü böyüyün!

Haqqımızda

Gymbala

Gymbala Azərbaycanda ilk uşaq idman zalıdır. Zal tam şəkildə uşaq məşq avadanlıqları ilə təchiz olunmuşdur. Zalın divarları qoruyucu yumuşaq matlar ile əhatə olunub. Yer xüsusi yanğına davamlı hipoallergenik döşəmə ilə örtülüb. Gymbala-da məşqlər bir saat davam edir və yaş kateqoriyasına uyğun bölünüb. Məşq zamanı uşaqlar müxtəlif fiziki hərəkətlər edir, böyük hərəkət qabiliyyətinin (ora-bura qaçmaq, top atıb-tutmaq, tullanmaq, xətlər üzərindən yerimək və tullanmaq, balansı saxlamaq və s.) mükəmməlişdirir, həmyaşıdları ilə ünsiyyət qurur və əylənirlər.

Missiyamız

Balalarımızın sağlam və zəruri inkişafı erkən yaşlardan başlayır. Faktiki olaraq, ən sürətli fiziki inkişaf erkən uşaqlıqda baş verir və bilavasitə olaraq uşağın əqli inkişafına təsir göstərir. Gymbala'nın məqsədi erkən yaşlarda fiziki inkişafı təmin etmək və hərəkət qabiliyyətinin, xüsusilə də böyük hərəkət qabiliyyətinin (ora-bura qaçmaq, top atıb-tutmaq, tullanmaq, xətlər üzərindən yerimək və tullanmaq, balansı saxlamaq və s.) əldə olunmasında dəstək göstərməkdir. Bizim missiyamız balalarımızda idmanı usaqlıqdan həyat tərzinə çevirmək, fiziki və ruhən sağlam və güclü bir nəslin meydana gəlməsində bir vasitəçi olmaqdır. Gymbala - uşaqların öz hərəkət qabiliyyətini aktiv oyun vasitəsilə yaxşılaşdıran bir məkandır.

Dərslərin faydaları

Fiziki inkişaf:

  • Hərtərəfli erkən fiziki inkişaf
  • Motor bacarıqlarının inkişafı (xüsusən, böyük motor bacarıqları)
  • Bütün əzələ qruplarının gücləndirilməsi
  • İmmunitetin gücləndirilməsi
  • Təkmilləşmiş koordinasiya
  • Daha çox dözümlülük
  • Daha çox çeviklik
  • Daha yüksək elastiklik

Zehni inkişaf:

  • Komandada işləmək bacarığı
  • İdman intizamı
  • Həmyaşıdlar ilə sosiallaşma
  • Daha güçlü konsentrasiya
  • Daha çox sərbəstlik
  • Daha çox motivasiya
  • Daha çox özünə güvənmə

Şərhləriniz

@nigusha_gu

Мы очень счастливы что есть такой учитель и друг, дети просто в восторге от Эмиля! Спасибо Вам огромное!

Alena Todosiychuk

Спасибо тренерам! Дети ходят к вам с удовольствием и мы видим их успехи!

Ən çox verilən suallar

Uşağı təlim üçün necə geyindirmək lazımdır?

Uşağa rahat idman geyimi (qısaqol mayka, şort və ya finka), corab və (ya) çeşka.

İdman zalında həkiminiz var?

Xeyr, bizdə həkim yoxdur, lakin bütün təlimçilər “İlk Yardım” proqramını uğurla başa vurublar və zəruri hallarda dərhal kömək göstərmək üçün Azərbaycan Tibb Təşkilatları Assosiasiyası tərəfindən sertifikatlaşdırılmışdırlar. Həmçinin Gymbala-da tam təchiz olunmuş “İlk Yardım” çantası var.

Valideyn məşqdə otura bilər?

Təcrübə göstərir ki, valideyn zalda olmayanda uşaqlar daha yaxşı və sərbəst məşq edirlər. Məşqin keyfiyyətli keçməsi üçün valideynlərin idman zalında olmaması tövsiyə olunur. Amma uşaqlara maksimum rahatlıq təmin etmək istədiyimiz üçün valideynlərə ilk dərs zamanı idman zalında 10-15 dəqiqə olmaqlarına icazə veririk. 15 aydan- 2 yaşa qədər olan qruplarda-da isə valideynlərin idman zalında olması mütləqdir.

Uşaq məşq edərkən valideyn harada gözləyə bilər?

Valideynlər üçün rahat bir gözləmə otağımız var. Oturub, jurnallara baxa, çay / qəhvə içə, administratorumuzla söhbət edə və uşağınızın məşqinə televiziya ekranında canlı izləyə bilərlər.

Ilk dərs pulsuzdur?

Xeyr, biz pulsuz dərslər təklif etmirik. Əgər uşağınız 15 dəqiqədən az müddətdə təlimdə qalırsa, bu təlim sayılmayacaqdır.

Təlim zamanı video və fotoşəkil çəkə bilərəmmi?

Uşağınız qrupda məsqul olursa video / fotoşəkil çəkmək üçün digər valideynlərdən icazə almaq lazımdır. Həmçinin, administratorumuz uşağınızın videolarını / fotoşəkillərini cəkib sizə göndərə bilər.

Cədvəl

Təsisçilər

{{person.name}}

{{person.title}}

{{selectedPersonData.name}}

{{selectedPersonData.title}}

Təlimcilər

{{person.name}}

{{person.title}}

{{selectedPersonData.name}}

{{selectedPersonData.title}}

Photo

Video

Qiymətlər

Birdəfəlik giriş - 25 AZN

Aylıq abunə 155 AZN

1 aya 8 dərs

3 Aylıq abunə 300 AZn

3 aya 24 dərs

Bir ailədən iki uşaq yazılsa, hər uşağa - 10% endirim ( bir uşaq = 115 AZN ) • DİQQƏT: Aylıq abunə  alındığı gündən sonra yalnız bir (1) ay müddətində etibarlıdır.  • AKSİYA "Dostlarınızı Gymbala'ya dəvət edin" - dostunuzu Gymbala'ya dəvət edin və hər ikiniz aylıq abunəliyə 20% endirim alın.